Gaxa.ge portalında Xalq şairi Zəlimxan Yaqubun (1950-2016) gürcü dilinə tərcümə olunmuş “Azərbaycan torpağıyam” və “Mənə ümid kimi bax” şeirləri dərc olunub.

Xalq şairinin şeirləri Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Gürcüstanın populyar ədəbiyyat resursunda yayımlanıb.

Əsasən gürcü ədəbiyyatının aparıcı simalarının yaradıcılığını işıqlandıran portal Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının yayınına xüsusi yer ayırır.

Şairin yaradıcılığı haqqında məlumatla birlikdə təqdim olunan şeirləri gürcü dilinə Dövlət Tərcümə Mərkəzinin mütəxəssisi, şair-tərcüməçi İmir Məmmədli çevirib.