Kolumbiyada ənənəvi olaraq keçirilən Beynəlxalq Medelin Şeir Festivalı bu il 33-cü dəfə təşkil olunub. 1-15 iyul tarixlərində gerçəkləşən festivalda ölkəmizi şairə Nigar Həsənzadə təmsil edir. O, həmçinin 13-18 iyulda Venesuelanın paytaxtı Karakasda keçiriləcək Dünya Poeziya Hərəkatının konqresinə qatılacaq.

Medelin şeir festivalının əsas məramı dünyada demokratik azadlıqlara, sosial dəyişikliklərə və sülhə töhfə verməkdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan N.Həsənzadənin şeirləri tərcümə olunaraq müxtəlif ölkələrdə ədəbi mətbuatda dərc olunub. Onun şeirləri 2005-ci ildə Böyük Britaniyanın “Modern Poetry in Translations” jurnalının rusdilli şairlər antologiyasına daxil edilib.