Türkiyənin Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən bərpa edildikdən sonra sənət qalereyası olaraq qapılarını sənətsevərlərin üzünə açan 2300 il tarixə malik Zindanqapıda təbiətin gözəlliklərini texnologiya ilə həmahəng edən “Təbiət alqoritmləri” adlı vizual sərgi açılıb.

Daha çox konsept sərgilərlə sənətsevərləri bir araya gətirən Zindanqapı Müasir İncəsənət Qalereyasındakı növbəti sərginin müəllifi rəssam Leo İşıkdoğadır. Bursa Anadolu Liseyinin məzunu olan və Kaliforniyada yaşayan L.İşıkdoğanın sərgisi 7 fərqli əsərdən ibarətdir. Əsərlər xüsusi kodlaşdırılmış süni intellekt və yaradıcı alqoritmlərlə işlənib. Sərgidə təbiət aləminin görülməyən gözəlliyi ilə riyazi tənliklərin nizamlı strukturu arasında əlaqə nümayiş olunur.

Kodlaşdırma və süni intellektin birləşməsindən yaranan, eyni zamanda alqoritmik naxışlar nümayiş etdirilən fərqli vizual sərgi sentyabrın 17-dək davam edəcək.