İyulun 17-də Xətai Sənət Mərkəzində Xalq rəssamı Əşrəf Heybətovun “Xətai əfsanəsi” adlı pannosunun təqdimatı və əsərlərinin sərgisi keçirilib.

Sərgi böyük şair, Azərbaycan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin (1487-1524) doğum gününə (17 iyul) həsr olunub.

Çıxış edənlər rəssamın əsərlərinin ideya-sənətkarlıq xüsusiyyətlərindən söz açıb, sərgi münasibətilə təbriklərini çatdırıblar.

Sərgidə Xətainin pannosu və rəssamın 20-dək digər əsəri yer alıb. Sənətkarın “Xətai əfsanəsi” pannosu xüsusilə tamaşaçıların diqqətini cəlb edib.

Sərgi iyulun 22-dək davam edəcək.