Sumqayıtda “Xəzərin sahilində” adlı layihəyə başlanılıb. Layihə çərçivəsində avqustun 13-də Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı RMİ-nin birgə təşkilatçılığı ilə Sumqayıt bulvarında şəhərin sakinləri və qonaqları üçün konsert proqramı və gənc rəssamların pleneri keçirilib.

Konsertdə N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi olan “Endorfin” rok musiqi qrupu rəngarəng proqramla çıxış edib. Sumqayıtlı rəssamlar musiqi sədaları altında təcrübə mübadiləsi edərək rəsm əsərləri çəkiblər. 

Qeyd edək ki, “Xəzərin sahilində” layihəsi sentyabrın 3-dək davam edəcək.

Nurəddin