Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Muğam milli-mənəvi dəyərimizdir” adlı tədbir keçirilib. 

Tədbir 26 avqust – “Azərbaycan muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü”nə həsr olunub. Bu günlə bağlı qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası tərəfindən qəbul olunub.

MKS-nin direktoru Lətifə Məmmədova Azərbaycan muğam sənətinin bütövlükdə bəşəriyyətin mədəni sərvətinin incisi olduğunu vurğulayıb, ənənəvi olaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda beynəlxalq muğam festivallarının keçirilməsindən danışıb.

Kitabxananın əməkdaşları Lalə Səlimova və Yeganə Qafarova milli-mənəvi sərvətimiz olan Azərbaycan muğamının tarixi haqqında söz açıblar.

Kitabxananın fəxri oxucusu, xanəndə Maya Cəbrayılova muğamlar haqqında maraqlı məlumatları tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin bədii hissəsində Maya Cəbrayılova muğamlardan parçalar ifa edib.