BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) G20 qrupu çərçivəsində turizmi dəstəkləmək üçün idarəetmə panelini işə salır.

Təşkilatın işçi qrupu 9-10 sentyabrda Nyu-Delhidə keçiriləcək G20 ölkələri sammiti ərəfəsində ev sahibi Hindistanın Turizm Nazirliyi ilə birlikdə turizmin dəstəklənməsi üzrə yeni layihə təqdim edib.

Təşkilat hesab edir ki, BMT-nin “2030 – Davamlı İnkişaf Gündəliyi”ndə təsbit olunmuş hədəflərinə nail olunmasında turizm sektorunun inkişafının mühüm rolu var. Təqdim edilən yeni təşəbbüsə uyğun olaraq hazırlanmış yol xəritəsi beş prioritet komponenti ehtiva edir: yaşıl turizm, turizm sektorunun rəqəmsallaşması, peşəkarlığın artırılması, turizm sahəsində kiçik və orta sahibkarlığa dəstək verilməsi, turizm istiqamətlərinin idarə edilməsi.

UNWTO-nun baş katibi Zurab Pololikaşvili deyib: “G20 ölkələri dünya üzrə turizmin 70 faizdən çoxunu təmsil edir. Sektorun transformasiyasında onların liderliyi həlledicidir. G20 çərçivəsində yaradılan Turizm İşçi Qrupu konkret nəticə əldə etmək istiqamətində istinad alətidir”.