Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı peşəkar milli teatrın 150 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə qastrol aksiyaları çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrı Gəncədə qonaq olub. Kollektiv sentyabrın 29-da Gəncə Dövlət Dram Teatrının səhnəsində Viktor Hüqonun “Edama məhkumun son günü” tamaşası ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır.

Xəstə qızına çörək oğurlamaq istəyən ata bilmədən kiminsə ölümünə səbəb olub və ölüm hökmünə məhkum edilir. Tamaşa onun edam olunacağı ana qədər yaşadığı iztirablar, keçirdiyi sarsıntılar haqqındadır.

Həmidə