Qəbələ rayon Mədəniyyət Mərkəzi tərəfindən ağacoyma dekorativ-tətbiqi sənət ustası Şahin Rəhimovun emalatxanasına ekskursiya təşkil olunub.

“Ağacoyma sənətinin incəlikləri” adlı ekskursiya “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Yaradıcı söhbətlər” layihəsi çərçivəsində gerçəkləşib.

Ekskursiya zamanı iştirakçılar dekorativ-tətbiqi sənət ustasının emalatxanası ilə tanış olub, ağacoyma sənətinin incəlikləri haqqında məlumat əldə ediblər.