Azərbaycan Milli İncəsənət Muzeyində “TurkicWorld” və “Alport Baku”nun dəstəyi ilə Türkiyənin “Albayrak Group” şirkəti və “Trend” informasiya agentliyi tərəfindən təşkil olunan xəttatlıq sənəti sərgisi açılıb.

Xəttatlıq (kalliqrafiya) sənəti İslam sivilizasiyasının zəngin mədəni irsinin bir hissəsidir və ənənəvi sənətlər arasında unikal yerini bu vaxta qədər qoruyub saxlayır. Kalliqrafiya mükəmməlliyin ən yüksək dərəcəsinə çatdırılmış söz təsviretmə sənətidir. Bu sənət yüzilliklər ərzində ustadlardan şagirdlərə ötürülüb.

“Albayrak Group” şirkəti təxminən on il ərzində dünya platformalarında təqdim olunan bir sıra mədəni layihələr həyata keçirir. Belə layihələrdən biri işləri hər il müxtəlif ölkələrdə nümayiş olunan xəttatlıq sənətinin təcrübəli ustalarını və gənc həvəskarları birləşdirir.

Milli İncəsənət Muzeyində xəttatlıq sənəti sərgisi oktyabrın 6-dan 15-dək ziyarət üçün açıqdır. Ekspozisiyada 40-dan çox əsər təqdim olunub.