Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) İkinci Dünya müharibəsində Qafqaz döyüşlərinin başa çatmasının 80 illiyinə həsr olunmuş “Yüksəklikdə” sərgisi açılıb. Sərgi Rusiya Federasiyasının Qələbə Muzeyi və Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilib.

Sərgidə 1942-ci ilin iyulundan 1943-cü ilin oktyabrınadək davam etmiş döyüşlər, faşist ordusunun Qafqaz istiqamətində irəliləmək, o cümlədən neft Bakısını ələ keçirmək cəhdlərinin qarşısının alınması, döyüşlərin qəhrəmanları barədə ətraflı məlumat əldə ediblər.

Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Azad Rzayev Qafqaz uğrunda döyüş, eləcə də Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi töhfə barədə mühazirə ilə çıxış edib.

Sərgi oktyabrın 15-dək davam edəcək. Giriş pulsuzdur.

Qeyd edək ki, Qafqaz uğrunda döyüş İkinci Dünya müharibəsinin tarixində ən davamlı döyüşlərdən biri olub. 1942-ci ilin yay-payızında faşist ordu hissələri (Almaniya və onunla müttəfiq olan rumın qoşunları) Kuban və Şimali Qafqazın bir hissəsini ələ keçiriblər. Onların bu istiqamətdə hücumları dekabrın sonunadək davam edib, 1943-cü ilin yanvarından isə sovet qoşunlarının əks-həmləsi başlayıb. Oktyabrın 9-dək sürən əks-hücum nəticəsində Şimali Qafqaz azad edilib və faşist ordu hissələri Krımadək geri çəkilib.