Oktyabrın 18-də Qusar Dövlət Ləzgi Dram Teatrında Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanan eyniadlı tamaşa-kompozisiyanın premyerası olub.

Səhnə işi Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanıb. Quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Faiq Qardaşovdur. Rayon ictimaiyyəti qarşısında nümayiş olunan tamaşa-kompozisiya maraqla qarşılanıb.

Həmidə