Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Heydər Əliyev – tarix yaradan şəxsiyyət” adlı tədbir keçirib. Ulu öndərin Azərbaycanın inkişafı üçün göstərdiyi müstəsna xidmətlərindən, zəngin həyat və siyasi fəaliyyətindən danışılıb. Sonda mövzu ilə bağlı sərgiyə baxış olub.

***

Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbi və Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə qonaqlar Ulu öndərə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar. Sonra Heydər Əliyevin dövlətimiz və xalqımız üçün göstərdiyi müstəsna xidmətləri özündə əks etdirən videoçarx nümayiş olunub. Bədii hissədə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya təqdim edilib.

***

Masallı rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev – Vətənə, dövlətə sədaqət andı” mövzusunda dəyirmi masa təşkil edilib. Çıxışlarda qeyd olunub ki, Ulu öndər ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan sosial-iqtisadi və beynəlxalq sahədə bir çox mühüm nailiyyətlər qazanıb. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada köklü dəyişiklər olub.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Zamanın hökmünü dəyişən lider” adlı tədbir keçirilib. Tədbirdə Yardımlı rayon Arus və Gavran kənd orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

***

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir təşkil edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Dağlıq Şirvan RMİ-nin rəisi Səxavət Məmmədovun da iştirak etdiyi tədbirdə “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Ulu öndərin mənalı ömür yolunun hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir.

N.Məmmədli