Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşkilatçılığı ilə mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (1882-1941) “İblis” pyesi səhnələşdirilib.

Ədibin anadan olmasının 141-ci ildönümü münasibətilə hazırlanan tamaşa oktyabrın 24-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində təqdim olunub.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri, ictimai fəallar iştirak ediblər.

“İblis” pyesində Cavidin filosof və humanist kimi düşüncələrinin açılması, ədalətsiz savaşlara, müharibə səbəbkarlarına nifrət oyatması ideyaları BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında xoreoqrafik kompozisiyalarda öz əksini tapıb.

Səhnə əsəri böyük maraqla qarşılanıb.