Mingəçevir Dövlət Dram Teatrı tanınmış yazıçı Xeyrəddin Qocanın “Zamanın ruzigarı” pyesi əsasında “Molla Nəsrəddin” tamaşasını nümayiş etdirib.

Cəlil Məmmədquluzadənin keşməkeşli həyatından, “Molla Nəsrəddin” jurnalının nəşrinin çətinliklərindən bəhs edən pyesi teatrın baş rejissoru Vüsal Mehrəliyev səhnələşdirib.

Quruluşçu rəssam Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistentləri İlahə Qasımova, Çiçək İsmayılzadədir. Rəqslərin quruluşu Eyvaz Əliyevə məxsusdur.

Rolları Xalq artisti Ella Yaqubova (Nənə), aktyorlar Aydın Quliyev (Mirzə Cəlil), Vüsalə Əliyeva (Həmidə xanım), Paşa Salmanov (Mirzə Ələkbər Sabir), Şıxı Yaqubov (Əbdürrəhim bəy Haqverdiyev), Hüseyn Mustafayev (Kefli İsgəndər), Qabil İbrahimli (Hacı Həsən), Arif Əhmədov (Vəli Xan), Asim Məmmədov (Novruzəli) oynayıblar.

Tamaşa maraqla qarşılanıb.

Nurəddin