Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri davam edir.  Aksiya çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrı oktyabrın 25-də Qusar şəhərinə səfər edib. Kollektiv Qusar Dövlət Ləzgi Dram Teatrında Hüseyn Cavidin “İblis” əsərinin tamaşasını nümayiş etdirib.

Quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu olan tamaşa teatrsevərlərin sürəkli alqışları ilə qarşılanıb.

Qusar rayon rəhbərliyi Dövlət Pantomima Teatrının kollektivinə təşəkkür edib, onların bu gəlişinin qusarlı teatrsevərlər üçün əsl bayram olduğunu vurğulayıb.