Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın Sırxandərya vilayətindəki Kuğurcaq Dövlət Teatrının kollektivi ölkəmizə qastrola gəlib.

Salyan Dövlət Kukla Teatrında qastrolun açılış mərasimində Mədəniyyət Nazirliyi Teatr sektorunun müdiri Vəfa Novruzova, Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, mədəniyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, özbək teatrı 24-26 oktyabr tarixlərində Salyanda çıxış etdikdən sonra 27 oktyabrda Biləsuvar, 28 oktyabrda isə Neftçala rayonlarında qonaq olacaq.