Ağdam Muğam Mərkəzində (Quzanlı qəsəbəsi) Birinci Qarabağ müharibəsi şəhidi Asif Məmmədovun xatirəsinə həsr olunmuş “Bir bahar günü” adlı sənədli filmin və eyniadlı kitabın təqdimatı keçirilib.

Şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək Asif Məmmədovun döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından danışıb.

Şəhidin oğlu Canqar Məmmədov filmin və kitabın ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Çıxışlardan sonra film nümayiş olunub. Film “Vətən eşqi” layihəsinin rəhbəri, yazıçı Atlas Xanlarqızının təşkilatçılığı ilə lentə alınıb.

Nurəddin