Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  konsert keçirilib.

Oktyabrın 31-də təşkil olunan tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Ulu öndərin dahi Bülbülün yaradıcılığına göstərdiyi diqqət və qayğıdan danışıb. Heydər Əliyevin bununla bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlardan videofraqmentlər nümayiş olunub.

Konsertdə İncəsənət Gimnaziyası şagirdlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib. Şagirdlərə fəxri fərmanlar təqdim edilib.