3 noyabr unudulmaz teatr və kino aktyoru, Xalq artisti Əliağa Ağayevin (1913-1983) anım günüdür. Bu il eyni zamanda görkəmli sənətkarın anadan olmasının 110, vəfatının 40-cı ildönümüdür.

Sənətkar Dövlət Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarında çalışıb, özünəməxsus üslubda yaratdığı koloritli, xüsusilə komik obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.

Kinoda da bənzərsiz sənətkarlıq nümayiş etdirən aktyor “Görüş”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Əhməd haradadır?”, “Qanun naminə”, “Evlənmək istəyirəm” və digər filmlərdə, eləcə də televiziya tamaşalarında bir-birindən maraqlı rollarla sənət salnaməmizə adını əbədi yazdırıb.

Xalq artistinin 100 illik yubileyi 2013-cü ildə dövlət səviyyəsində qeyd olunub.