Gəncə Dövlət Dram Teatrının kollektivi 18-19 noyabr tarixlərində Bakıda qastrolda olacaq.

Yaradıcı heyət Akademik Milli Dram Teatrının səhnəsində gürcü dramaturqu A.Saqarelinin eyniadlı əsəri əsasında hazırlanan “Xanuma” tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Yunis, Novruz Cəfərov, Sevda Orucova, Ramiz Vəliyev, İlham Hüseynov, Kəmalə Məmmədova və başqaları ifa edirlər.