Sumqayıt Dövlət Rəsm Qalereyası və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin dəstəyi ilə şəhər Heydər Əliyev Mərkəzində “Sizi xatırladır...” adlı sərgi-tədbir keçirilib.

Tədbirdə Abşeron-Xızı RMİ-nin əməkdaşları, Milli Qəhrəmanlar – şəhid general-mayor Polad Həşimov və Birinci Qarabağ müharibəsi şəhidi Qorxmaz Eyvazovun ailə üzvləri, şəhid ailələri, qazilər və mədəniyyət işçiləri iştirak ediblər.

Çıxış edənlər dövlət tərəfindən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, ailə üzvlərinə diqqət və qayğı göstərilməsindən danışıblar.

Sumqayıt şəhər Ə.Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbinin konsert proqramı təqdim edilib.

Tədbir iştirakçıları tanınmış rəssamların əsərləri və 30 nəfər şəhidin şəxsi əşyalarının nümayiş olunduğu sərgiyə baxıblar.

Nurəddin