Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Zəfər Gününə həsr olunmuş yeni klip-layihəsini təqdim edib.

Mərkəzin təlimçiləri və benefisiarlarının iştirakı ilə "Zəfər" mahnısına klip çəkilib. Kompozisiyanı benefisiarlar - Xaliq Şərifov, Səbinə Əsgərova, Nicat Allahyarov, həmçinin Gənc ifaçıların 4-cü Respublika müsabiqəsində I yerin sahibi olmuş Səməd Novruzov, VII "Muğam" Televiziya Müsabiqəsinin xüsusi mükafatçısı Suma Tapdıqova səsləndirib. Klipin musiqi tərtibatı Rasim Məmmədova məxsusdur.

İfaçıları mərkəzin təlimçiləri - Əməkdar artist Şəhriyar İmanov (tar), Orxan Cumayev (violonçel) və inklüziv (görmə məhdudiyyətli ifaçılar) ansambl  müşayiət edib.

Klipin çəkilişləri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında aparılıb.

Mahnının musiqisi Tərlan Məmmədhüseynov və Elçin Cəfərova, sözləri Xalq şairi Sabir Rüstəmxanlıya məxsusdur.

Klipi izləmək üçün bu linkə daxil olun: https://youtu.be/-lDgI7MpG8s?si=dBSfrtvzuwh87E56