Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudovun əsərlərindən ibarət konsert təqdim olunub. Noyabrın 7-də gerçəkləşən “Qarabağ Azərbaycandır!” adlı konsertdə bəstəkarın vətənpərvərlik ruhunda yazdığı əsərlər təqdim olunub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamovanın aparıcılığı ilə keçən tədbirdə bəstəkarın yaradıcılıq yolundan söz açılıb və təqdim olunan əsərlər haqqında məlumat verilib.

Konsert proqramında bəstəkarın “Cümhuriyyət marşı”, şəhid Xəyyam Əliyevin xatirəsinə həsr olunan “Duyğular”, “Həzin musiqi”, tar və simfonik orkestr üçün konsert, “Zəfər”, “Qala” və “Qarabağ Azərbaycandır!” əsərləri səsləndirilib.