Hər ilin noyabr ayında olduğu kimi, bu il də Cenevrənin “Palexpo” sərgi mərkəzində “Les Automnales” payız yarmarkası təşkil olunub. On gün davam edən yarmarkada silsilə tədbirlər keçirilib.

Yarmarkanın ənənəvi tədbirlərindən biri də müxtəlif xalqların musiqi və rəqs sənətini təqdim etməyə imkan yaradan “Hərəkətlər sənəti salonu” (Salon de l’Art du Mouvement) olub.

Soydaşımız Mariya Xan-Xoyskaya Martiqnolinin rəhbərlik etdiyi və üzvləri Cenevrədə yaşayan azərbaycanlıların övladlarından ibarət olan “İrs” uşaq rəqs qrupu tədbirdə Azərbaycan xalq rəqslərini təqdim edib.