Azərbaycan Bəstəkarlar İttifaqının Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirləri çərçivəsində noyabrın 11-də М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti konsert proqramı təqdim olunub.

Konsertdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə solistlər – Əməkdar artistlər İnarə Babayeva (soprano), Azad Şükürov (qiraətçi), İlham Nəzərov (kontratenor), Zeynalabdin Babayev (tar), beynəlxalq müsabiqələr laureatları Fəxri Kazım-Nicat (tenor), Orxan Hüseynov (cello), İbrahim Babayev (tar), Hüseyn Nağıyev (kamança), Nicat Məsimov (balaban) və Cəfər Həsənovun rəhbərliyi ilə ritm qrupu çıxış ediblər.

Proqramda Elnarə Dadaşova, Azər Dadaşov, Elza Seyidcahan, Yaşar Xəlilov, Lalə Cəfərova, Rüfət Ramazanov, Samir Əliyev, Pikə Axundova, Kəmalə Əlizadə, Nərminə Nağıyeva və Vüqar Məmmədzadənin əsərləri səsləndirilib.