Göyçay rayonunun Bığır kəndində 44 günlük Vətən müharibəsi şəhidi Qüdrət Əzizovun xatirəsi anılıb.

Mərasimdə şəhid ailələrinin üzvləri, rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Digər çıxış edənlər Vətən müharibəsində qazanılan Zəfərdən və şəhid Qüdrət Əzizovun keçdiyi döyüş yolundan söz açıblar.

Qeyd edilib ki, Qüdrət Əzizov 1997-ci il iyunun 19-da Göyçay rayonunun Bığır kəndində anadan olub. Vətən müharibəsi zamanı noyabrın 9-da Şuşa istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, Füzuli, Qubadlı və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Nurəddin