Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində “Sənin hüquq və vəzifələrin” adlı maarifləndirici tədbir keçirilib.

Qeyd olunub ki, “Uşaq hüquqları aylığı”nın məqsədi BMT-nin Uşaq hüquqları Konvensiyasının (20 noyabr 1989-cu il) qəbul olunmasının ildönümü və 20 noyabr – Dünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılmasıdır.

Bildirilib ki, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O da xatırladılıb ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 10-dan çox uşaq həlak olub, bir çox uşaq valideynlərini itirib.

Tədbirin sonunda kitabxana əməkdaşları tərəfindən hazırlanan “Sənin hüquq və vəzifələrin” adlı sərgiyə baxış olub.

Nurəddin