Mədəniyyət Nazirliyinin layihəsi çərçivəsində rejissor Abdulla Elşadlı Qusar Dövlət Ləzgi Dram Teatrına ezam edilib. Rejissor bir ay ərzində Qusar teatrının aktyor truppasına dərslər keçəcək və C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsəri əsasında tamaşa hazırlayacaq.

Teatrdan verilən məlumata görə, tamaşa epik üslubda hazırlanır. Hadisələr müəllif təxəyyülünün məhsulu olan “Danabaş” kəndindən Qusara köçürülüb.

Quruluşçu rəssam Bədəl Bədəlovdur. Tamaşada Tofiq Mustafayev, Elşad Ramazanov, Bədəl Bədəlov, Yeganə Kərimova, Ramella Mahmudova, Pirverdi Pirverdiyev, Tacir Şahbazov, Yura Kərimov, Samir Babayev, Elnur Hacıyev, Bağır Əhmədov, Malik Ramazanov və başqaları rol alıblar.