Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Sazlı-sözlü kəlağayı günləri” adlı layihə həyata keçirilir. Layihənin məqsədi 2014-cü ildən UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”nda yer alan Azərbaycanın qədim qadın baş örtüyü kəlağayının təbliğinə töhfə verməkdir.

Layihə çərçivəsində Abşeron-Xızı RMİ-nin tabeliyindəki N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzi, Dağlıq Şirvan RMİ-nin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Şamaxı rayon Ə.Xaqani adına Mədəniyyət Mərkəzində kəlağayı sərgiləri təşkil olunub. Sərgilər zamanı konsert proqramları təqdim edilib.

Nurəddin