“InterNations” portalı dünyada yaşamaq üçün 49 şəhərin daxil olduğu ən yaxşı şəhərlərin reytinqini tərtib edib.

Reytinqi tərtib edərkən “InterNations” təkcə yaşayış, mənzil və ya kommunal xidmətlərin dəyəri kimi iqtisadi məsələləri deyil, həm də şəhər sakinlərinin davranışlarını və qonşularla birgə yaşamalarını, təhlükəsizliyi, turizm irsini, qastronomiya, iqlim və ya mülki əhalinin xarakteri kimi daha qeyri-maddi elementləri nəzərə alıb.

İlk üçlükdə İspaniya şəhərləridir: Malaqa, Alikante, Valensiya. Madrid (6-cı) və Barselona (13-cü sırada) da daxil olmaqla ümumilikdə İspaniyanın beş şəhəri reytinqdə yer alıb.

“InterNations”un yaşamaq gözəldir saydığı reytinqdə ilk onluqda həmçinin  Ras-əl-Hayma, Abu Dabi (hər ikisi Birləşmiş Ərəb Əmirlikləri), Mexiko (Meksika), Kuala Lumpur (Malayziya), Banqkok (Tayland), Maskat (Oman) şəhərləri var.