Gəncə-Daşkəsən RMİ və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərindəki F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı VIII elmi-ifaçılıq konfransı keçirilib.

Konfransda Bakı şəhər F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbi və Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivləri iştirak ediblər.

Əvvəlcə görkəmli bəstəkarın yaradıcılığı haqqında məlumat verilib. Hər iki məktəbin müxtəlif ixtisaslardan olan şagirdləri əsərləri təhlil edərək səsləndiriblər.

Musiqişünasların bəstəkarın yaradıcılığı ilə bağlı məruzələri dinlənilib, videoslaydlar təqdim olunub.

Sonda regional idarə tərəfindən hər iki məktəbin kollektivinə təşəkkürnamə verilib.