M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Qarabağ inciləri” adlı konsert olub.

Filarmoniyadan bildirilib ki, konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov) çıxış edib. Orkestri dirijor Mustafa Mehmandarov idarə edib.

Gecədə bəstəkar İlyas Mirzəyevin əsərləri səslənib. Solistlər qismində bəstəkarın özü (pianoda), eləcə də Olgu Kızılay (violin, Türkiyə) və Nuran Bəkir (balaban) çıxış ediblər. Onu da qeyd edək ki, konsert proqramı İlyas Mirzəyevin 60 illik yubileyi münasibətilə tərtib edilib.