Mədəniyyət Nazirliyi tərəfindən keçirilən pyes müsabiqəsinin mükafatları təqdim olunub.

“Şuşa İli” (2022) çərçivəsində elan olunmuş pyes müsabiqəsinə 21 yazar müraciət edib. Müsabiqəyə göndərilən əsərlər münsiflər heyəti tərəfindən dəyərləndirilib.

Ülviyyə Heydərova “Torpaqlar” pyesi ilə birinci yerə, Niyaz Qasımov “Pənahəli xan” pyesi ilə həvəsləndirici mükafata layiq görülüb.

Müsabiqənin münsiflər heyətinin üzvləri Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli, teatr və kino tənqidçisi Aliyə Dadaşova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, ədəbiyyatşünas Elnarə Akimovadır.