Qədim Misirin nadir “parçası” Sidneydəki Avstraliya Muzeyınə gətirilib. Bura “Ramzes və fironların qızılı” adlı şou-sərginin beynəlxalq turunda dördüncü dayanacaq olub. 2021-ci ildə premyerası Hyustonda keçirilən şou Misir fironu II Ramzesin hakimiyyəti dövrünə ətraflı nəzər salmağa dəvət edir.

Avstraliya Muzeyinin baş direktoru Kim Makkeyin sözlərinə görə, sərgiyə daxil olan 181 eksponatdan ən məşhuru Ramzesin sarkofaqıdır. 1881-ci ildə aşkarlanan bu eksponat indiyədək Misirin hüdudlarından kənarda heç vaxt sərgilənməyib. Fironun hakimiyyətinin bədii novatorluğunu əks etdirən digər artefaktlara qızıl maskalar, oyma sarkofaqlar, bəzək əşyaları və hətta mumiyalanmış şir balası aiddir.

2024-cü il mayın 19-dək davam edəcək sərgidə multimedia və immersiv elementlər də nümayiş etdirilir. Bu cür texnoloji xüsusiyyətlərdən biri Ramzesin ən böyük hərbi nailiyyəti olan, eramızdan əvvəl 1275-ci ildə baş vermiş Kadeş döyüşünün canlandırılmasıdır. Sərgi çərçivəsində ziyarətçilərə fironun birinci həyat yoldaşı, çariça Nefertarinin rəhbərliyi altında Əbu-Simbel tarixi məbədinə virtual ekskursiya da təklif edilir.

Sərginin açılışından bir gün əvvəl Avstraliya Muzeyi 100 mindən çox biletin satıldığını elan edib.