Gəncə Dövlət Dram Teatrında Əziz Nesinin “Toros canavarı” komediyasının məşqlərinə başlanılıb. Tamaşanın quruluş müəllifi İstanbul Maltepe Bələdiyyə Teatrının baş rejissoru Kubilay Erdelikara, rejissoru Yusif Cəfərov, rəssamı Mustafa Mustafayevdir.

Rollarda Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlar Samir Abbasov, Günay Cabbarova, Akif Səfərov, Emil Salmanov, Həsən Cəfərov və Elmir Məmmədov iştirak edirlər.

Nuri adlı kişinin ailəsilə kirayə qaldıqları mənzil və ev sahibləri ilə yaşadıqları problemləri ön plana çıxaran ailə-məişət mövzulu psixoloji-dram janrlı tamaşada hadisələr bir ailənin timsalında təsvir olunan dövrdə cəmiyyətin ümumi mənzərəsini yaratmağa çalışır.