Şəki Dövlət Dram Teatrında baş rejissor Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluşunda alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları“ pyesi əsasında hazırlanan tamaşanın masaarxası məşqləri gedir.

Qarşıdan gələn Yeni il münasibətilə balacaları sevindirmək üçün teatrda maraqlı nağıl-tamaşa da hazırlanır.

Teatrın 2024-cü il repertuar planına da maraqlı əsərlər daxil edilib. Buraya Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi (yazıçının 110 illiyinə həsr olunur),  nasir-dramaturq Altay Məmmədovun “Ulduzlar görüşəndə” komediyası, Vilyam Şekspirin “Heç nədən hay-küy” romantik komediyası daxildir.

2024-cü ildə Şəki Dövlət Dram Teatrının yaranmasının 145 illiyi münasibətilə Hidayət Sayının “Davul səsi”, Şərəf Başbəyovun “Dəmir qadın” və Slavomir Mrojekin “Xoşbəxt hadisə” tamaşalarının bərpası da nəzərdə tutulur.