Noyabrın 29-da Dağlıq Şirvan RMİ Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ağsu şəhər Mədəniyyət evində “Heydər Əliyev İli” çərçivəsində “Sazlı-sözlü Şirvan” adlı konsert proqramı keçirilib.

Tədbirdə RMİ-nin rəisi Səxavət Məmmədov, rayonun icra başçısının müavini Sevil Mirzəliyeva, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ulu öndərin mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən “Mədəniyyətə bağlı ömür” adlı videoçarx nümayiş olunub.

Sonra aşıqlar səhnəyə çıxıblar. Aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, Elman Talıstanlı, Elçin Məmmədov, Rza Məmmədov, Amil Dadaşov, Babək Şakirli, Hacı Mahmudov, Qalib Güləliyevin ifalarında Şirvan aşıq havaları ilə tədbir iştirakçılarının könlünü oxşayıblar.

Azərbaycan Yazıçılar Birliyinin və “Aşıq Pəri” məclisinin üzvləri Minirə Dadaşqızı və Mərziyyə Sarvanlı şeirlərini səsləndiriblər.