“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022–2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı təlimlər təşkil edilib.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və Şamaxı rayon Mədəniyyət Mərkəzində  reallaşan təlimlər Mədəniyyət Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasındakı işçi qrupunun birgə təşkilatçılığı ilə keçirilib.

Dövlət Komissiyası Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev Dövlət Proqramı haqqında məlumat verib. Narkotik vasitələrin zərərləri ilə bağlı söz açılıb, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.