Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Universiteti ilə birgə Vətən müharibəsinin şəhid baş leytenantı Vüsal Kazımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Çıxış edənlər Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımlardan danışıblar.

Şəhidin atası Kamran Kazımov və şəhidin həyat yoldaşı Aysel Kazımova onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

Sonra Çinarə Ömrayın şəhidin həyatından bəhs edən “Vüsal hicrandan acıymış” adlı sənədli filmi nümayiş olunub.

Vüsal Kazımov 1990-cı il dekabrın 17-də Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.