Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii gecə keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Gəncə Dövlət Filarmoniyasının foyesində dahi Azərbaycan şairinin həyat və yaradıcılığını əks etdirən fotosərgi, şairə həsr olunmuş kitablar, rəsm əsərləri ilə tanış olublar.

Gecədə Nizaminin həyat və yaradıcılığına həsr edilmiş teatrlaşdırılmış səhnələr, onun sözlərinə bəstələnmiş romanslar təqdim olunub.

Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyası Kamera orkestrinin solistləri, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edib.

Musiqili gecə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.