Günəşin səthində nəhəng qaranlıq dəlik açılıb və Yer kürəsinə doğru radioaktiv dalğalar yayır. Spaceweather.com saytının yaydığı məlumata görə, qaranlıq boşluğun ölçüsü Yer kürəsindən 60 dəfə böyükdür. Tac dəliyi kimi tanınan nəhəng qaranlıq bölgə dekabrın 2-də Günəşin ekvatoru yaxınlığında yaranıb və təxminən 800 min kilometr genişliyə çatıb.

Bu cür müvəqqəti dəliklər Günəşdəki maqnetizm qəfil dəyişdikdə əmələ gəlir. Bu isə nəticədə radioaktiv plazma hissəciklərinin kosmosda hərəkət edərək Yerə çatmasına səbəb olur. Bu vəziyyətdə hərəkət edən hissəciklərə “Günəş fırtınası” deyilir.

Bu ilin mart ayında Günəşdə müşahidə edilən sonuncu tac dəliyi Yer kürəsində son illərin ən güclü geomaqnit qasırğasına səbəb olmuşdu. Yeni dəliyin ulduzda nə qədər qalacağı məlum deyil. Bundan öncə tac dəlikləri bir aya yaxın davam edib.