Dekabrın 2-də Mingəçevir Dövlət Dram Teatrında “Açarını itirənlər” lirik komediyanın premyerası olub.

Yazıçı Əhməd Orucoğlunun eyniadlı əsərinə teatrın baş rejissoru Vüsal Mehrəliyev quruluş verib. Səhnə işinin quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı  Elnur Rəsulov, rəqslərin quruluşçusu Eyvaz Əliyevdir.

Toydan qayıdan ər (Natiq Fərzəliyev) və arvad (Aytən Gəncəli) mənzillərinin açarlarını tapa bilmirlər. Açar axtarışında onların başına maraqlı əhvalatlar gəlir. Gah küçədə atışma olur, gah kişinin ayağını it qapır, gah da saxta lotereya bileti tapırlar. Bütün bu hadisələr situasiyaya görə hərəkət edən heykəllərin müşayiəti ilə tamaşanı daha da rəngarəng və komik edir. Hadisə açarın tapılması ilə başa çatır.

Həmidə