Dekabrın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli liderin anım gününə (12 dekabr) həsr edilmiş “Dövlət və xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.

Öncə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Sonra mərkəzin foyesində rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisinə və Heydər Əliyevin zəngin siyasi irsini əks etdirən ekspozisiyaya baxış olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu öndərin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib. Daha sonra dahi dövlət xadiminin şərəfli həyat yolundan və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Çıxışlarda Ulu öndərin müasir müstəqil Azərbaycanın inkişafı naminə əvəzedilməz xidmətlərindən danışılıb. Azərbaycanın parlaq gələcəyinin etibarlı təməlini qoyan Heydər Əliyevin dövlətçilik irsinin təbliğinin zəruriliyi vurğulanıb.