Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı növbəti premyera ilə tamaşaçıların görüşünə gəlib.

Yaradıcı heyət rus dramaturqu A.N.Ostrovskinin “Gəlirli yer” komediyasını səhnələşdirib. Dramaturqun 200 illik yubileyi münasibətilə hazırlanan səhnə əsərinə Rusiya Federasiyası Altay Respublikası P.V.Kuçyak adına Dağ-Altay Dram Teatrının rejissoru Vyaçislav Smirnov quruluş verib.

Pyesi dilimizə Telman Hacəliyev tərcümə edib. Birhissəli komediyanın quruluşçu rəssamı Dəmir İsakov, musiqi tərtibatçısı Sevda Bəybalayeva, rejissor assistenti Səbuhi Əhmədovdur. Rolları Tamilla Mehrabova, Əli Ağalarov, Mirzağa Cümcüm, Osman Mehrabov, Şükufə Məlikova, Səidə Əliyeva, Mədinə Hacağayeva, Rəhilə Ömərova ifa  edirlər. Ağdam Dövlət Dram Teatrından rejissor assistenti kimi dəvət olunan Səbuhi Əhmədov tamaşada da rol alıb.

Dekabrın 10-da baş tutan premyeradan sonra teatrın direktoru Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov və quruluşçu rejissor Vyaçeslav Smirnov kollektivi təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıblar.