Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin anım günü (12 dekabr) ilə əlaqədar “Heydər Əliyev və Gəncə mədəniyyəti” adlı filmin təqdimatı keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının dəstəyi ilə gerçəkləşən tədbirdə qonaqlar əvvəlcə filarmoniyanın foyesində Ulu öndərə həsr olunan rəsm sərgisi ilə tanış olublar.

Sonra film nümayiş etdirilib. İdeya müəllifi və rejissoru Əməkdar artist Ramil Qasımov olan filmdə Ümummilli liderin Gəncə ilə bağlılığı, incəsənət xadimlərinin Heydər Əliyev haqqında xatirələri, həmçinin Gəncənin ictimai-siyasi, mədəni həyatında Heydər Əliyevin danılmaz xidmətləri əks olunub.

Filmin təqdimatından sonra Gəncə Dövlət Filarmoniyası kamera orkestrinin müşayiəti ilə Heydər Əliyevin sevdiyi əsərlərdən ibarət konsert proqramı təqdim edilib.

Nurəddin