İtaliyada arxeoloqlar bir vaxtlar 2 minə yaxın sakinin yaşadığı qədim Roma dövrünə aid qəsəbənin xarabalıqlarını aşkar ediblər.

Paytaxt Roma ilə Neapol şəhərləri arasında yerləşən İnteramna Lirenas adlı qəsəbənin imperator Qay Yuli Sezarın dövrünə aid olduğu bildirilir.

Arxeoloqlar əvvəlcə buranı kiçik bir yaşayış məntəqəsi hesab ediblər. Qazıntılardan sonra evlər, məbəd, üç hamam kompleksi və teatrdan ibarət bu qəsəbənin böyük  ərazini əhatə etdiyi məlum olub. Buradakı teatr Aralıq dənizinin hər yerindən gətirilən mərmərlə tikilib və təxminən 1500 nəfərlik olub.

Pompey şəhərindən fərqli olaraq, bu yaşayış məntəqəsinin təbii fəlakətlər nəticəsində dağılmadığı, Roma İmperiyasının süqutundan təxminən yüz il sonra, VI əsrdə işğal təhlükəsi səbəbindən tərk edildiyi bildirilib.

Arxeoloqlar ərazidə qazıntılara ilk dəfə 2010-cu ildə başlayıblar.