Laçın şəhərindəki “Lacinema” kino mərkəzində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən hazırlanan və Ulu öndərin 100 illiyinə həsr olunmuş ikihissəli “Heydər Əliyev Azərbaycandır!” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə doğma yurd-yuvalarına qayıtmış laçınlılar böyük siyasətçinin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Ölkənin ən çətin günlərində, məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalmış laçınlılarla görüşdə Heydər Əliyevin söylədiyi ümidverici, nikbin fikirlərin artıq reallığa çevrildiyi bildirilib.

Sonra Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin, “Laçın Abadlıq” Xidmətinin rəhbərlikləri, yerli sakinlər və hərbçilər sənədli filmə tamaşa ediblər.

Baş prodüseri AZƏRTAC-ın idarə heyətinin sədri Vüqar Əliyev olan filmin quruluşçu rejissorları Seyran Mahmudoğlu və Fariz Əhmədov, ssenari müəllifi Yunis Orucovdur.

Nurəddin