Yerlərdə Ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib.

Sumqayıt Dövlət Dram Teatrında Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Tarixin uca zirvəsi” adlı tədbir keçirilib. Əvvəlcə iştirakçılar teatrın foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov və Abşeron-Xızı RTİ-nin müdiri İlhamə Abdullayeva Ulu öndərin həyat yoluna nəzər salıb, müstəqil Azərbaycanın memarının ölkənin inkişafı yolunda əvəzsiz xidmətlərindən danışıblar. Sonda məktəblilərin ifasında bədii proqram təqdim olunub.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən “Tarix yazan şəxsiyyət” adlı tədbir keçirilib. Bildirilib ki, Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanın gələcək inkişafı üçün tarixi işlər görüb. Tədbirin sonunda “Ümummilli lider Heydər Əliyev” adlı kitab sərgisinə baxış olub.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib. Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş “Xilaskar ömrü” filmi nümayiş etdirilib.

***

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində qeyd olunub ki, Ulu öndərin zəngin dövlətçilik irsi xalqımızın milli sərvəti, müstəqil Azərbaycan isə onun indiki və gələcək nəsillərə əmanətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının vəzifəsidir.

Sonra Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Liderin ürəyi” sənədli filmi nümayiş etdirilib.

***

Bərdə rayon Heydər Əliyev Mərkəzində “Əbədiyaşar lider” adlı tədbir təşkil olunub. Vurğulanıb ki, Ulu öndər ölkəmizin ən çətin vaxtlarında xalqın çağırışına səs verib siyasi hakimiyyətə qayıdaraq respublikanı ağır vəziyyətdən çıxarıb, əmin-amanlığı bərpa edib. Tədbirin sonunda akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Ağdam rayon MKS-nin 19 saylı Üçoğlan kənd kitabxanasında “Heydər dühası ən uca zirvədir!” adlı tədbir keçirilib. Ulu öndərə həsr olunmuş şeirlər söylənilib, kitab sərgisi nümayiş etdirilib.

***

Zəngilan rayon Bartaz kənd Uşaq musiqi məktəbində (müvəqqəti Bakı şəhərində yerləşir) “Əsrin dahisi” adlı tədbir təşkil edilib. Şagirdlər dahi şəxsiyyətə həsr edilən şeirlər söyləyiblər. Sonda Ümummilli liderə ithaf olunan videoçarx nümayiş etdirilib.

***

Lerik rayon Heydər Əliyev Mərkəzində “Vətənə və xalqa həsr edilən ömür” mövzusunda dəyirmi masa keçirilib. Çıxışlarda Ulu öndər Heydər Əliyevin gənclər siyasəti barədə məlumat verilib.

Masallı rayon Mərkəzi Kitabxanasının Qodman kənd kitabxana filialında “Bizim xilaskarımız” adlı tədbir təşkil edilib. Şagirdlərin ifasında Ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib.

Yardımlı Rayon İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət” adlı dəyirmi masa keçirilib. Ulu öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi işlərdən bəhs edilib.

***

İmişli rayon MKS-nin 17 saylı Əliqulular kənd kitabxanası Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə şagirdlər arasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı intellektual yarış keçirib. Qaliblər diplom və medallarla təltif olunublar.

***

Şirvan-Salyan RMİ-nin tabeliyindəki Şirvan Dövlət Rəsm Qalereyası, şəhər Uşaq musiqi məktəbi, Mədəniyyət Mərkəzinin Diyarşünaslıq və Qarabağ klubları, Salyan rayon Mədəniyyət Mərkəzi, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana, Kürqaraqaşlı kənd Diyarşünaslıq evi, Cəngan, Ərəbqardaşbəyli, Beştalı kənd klubları, 20 Yanvar və Plastmas qəsəbə kitabxana filialları, Biləsuvar rayon MKS-nin Xırmandalı kənd kitabxana filialı, Neftçala Dövlət Rəsm Qalereyası və Hacıqabul şəhər Uşaq musiqi məktəbində Heydər Əliyevin anım gününə həsr olunan tədbirlər keçirilib, sərgilər təşkil edilib.

***

Qazax Tarix-Diyarşünaslıq Muzeyində “Milli-mənəvi dəyərlərimizin xilaskarı” adlı dəyirmi masa keçirilib. Tədbirdə Bakı Dövlət Universiteti Qazax filialının tələbələri də iştirak ediblər.

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində “Dahi şəxsiyyət” mövzusunda konfrans keçirilib. Qeyd olunub ki, Ulu öndərin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Tədbir şagirdlərin şeir ifaları ilə davam etdirilib.

Tovuz rayon Heydər Əliyev Mərkəzində rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Əbədi və ölməz Heydər Əliyev dühası” mövzusunda tədbir keçirilib. Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş məruzələr dinlənilib, film nümayiş etdirilib. Sonra Ulu öndərə aid kitab və jurnallardan ibarət sərgiyə baxış olub.

Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində “Heydər Əliyev – mədəniyyətin və incəsənətin keşikçisi” adlı videoreportaj təqdim olunub. Məktəblilərin ifasında Xalq şairi Zəlimxan Yaqubun Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Əbədiyyət dastanı” poeması əsasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Nurəddin Məmmədli