Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Şahin Ağayevin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə bildirilib ki, Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən biri də Şahin Ağayev olub. O, 1993-cü il dekabrın 13-də Bakıda anadan olub. 286 nömrəli tam orta məktəbdə təhsil alıb.

Milli Aviasiya Akademiyasını pilot ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Füzuli rayonundakı N saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsi zamanı oktyabrın 25-də Qubadlıda yaralı əsgər yoldaşının həyatını xilas edərkən şəhid olub.

Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Fəxri xiyabana (II Şəhidlər xiyabanı) köçürülüb.

Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Nurəddin